Sevgilisinin qardaşını öldürdü: `Mənə demədən dənizə gediblər`


16:00     23 Avqust 2016 sevgilisini%20oldurdu.jpg

Sevgilisini bıçaqladı, qardaşını öldürdü.


Kişi qeyri-rəsmi münasibətdə yaşadığı qadını elə onun öz qardaşına qısqanıb. Bıçağa əl ataraq sadəcə onları qorxutmaq istəyib, amma qatilə çevrilib. Cinayət hadisəsi paytaxtın Binəqədi qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan Əfsanə Məmmədova və onun qardaşı Anar Gədəbəy rayon sakini Fidani İsmayılov tərəfindən bıçaqlanıb. Nəticədə Anar aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, Əfsanə Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Fidani İsmayılov cinayəti törətdikdən sonra hadisə yerini tərk edib. Lakin Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verililib.

Saxlanılan şəxs dindirilərkən hələ də hadisənin şokunda olduğunu bildirib. Onun sözlərinə görə, Əfsanə Məmmədova ilə bir müddət əvvəl tanış olub. Daha sonra qadın ona birgə yaşamağı təklif edib. Ailəli olmasına baxmayaraq, Fidani bu təklifi qəbul edib. Hadisə baş verən gün isə Əfsanə Fidaniyə xəbər etmədən qardaşı Anarla dənizə gedib. Bundan əsəbləşən kişi əlini bıçağa atıb.

Fidani İsmayılov - saxlanılan şəxs: "4 aydır ki, ailə kimi yaşayırdıq. Mənə deməmiş dənizə gediblər. Qardaşını vurmayacaqdım, amma elə alındı. Əfsanənin sol qolundan vurdum".

Artıq faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Fidani İsmayılov barəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 4419